Koronavirus xəstələrin orqanizminə necə təsir edir? - BİOLOQ RƏYİ
- 16 aprel, 2020
- 08:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Corc Meyson Universitetinin (ABŞ) Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova koronavirusu ağır keçirən xəstələrin sağaldıqdan sonra orqanizmlərində qalan fəsadlar barədə danışıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bioloq COVID-19-un ağciyərlərə və beyinə mənfi təsir göstərdiyini deyib:
"Hətta xəstəxanadan evə buraxılan xəstələr sonradan nəfəs darlığı, yorğunluq və başın dumanlanmasından şikayət edirlər".
A.Baranova bildirib ki, indi yeni virusun neyroinflammatiyaya səbəb ola biləcəyi məlumdur.
“Bu, xüsusilə yaşlı insanlarda qarışıq şüur və dezorientasiya şəklində özünü göstərir”, - o vurğulayıb.
“Koronavirusun təsirinin müddəti hələ müəyyən edilməyib. Amma fəsadlar yalnız ən ağır formada virusa yoluxanlarda, özü də heç də hamısında olmayaraq görünür”, - bioloq izah edib.