İlaxır çərşənbədə 6 azyaşlı tonqalda xəsarət alıb
- 19 mart, 2025
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Torpaq çərşənbəsində altı nəfər tonqalda xəsarət alma ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət edib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumatda qeyd olunub ki, müraciətlər Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən daxil olub.
"Xəsarət alan 8 yaşlı qız hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı oğlan uşaqları isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. İki azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb",- məlumatda vurğulanıb.