Hökumət əlilliyi olan şəxslərlə bağlı qərar verdi
Sağlamlıq
- 19 dekabr, 2020
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı aşağıdakı kimidir:
- Yuxarı və aşağı ətraf protezi
- Yuxarı ətraf işçi protezi
- Yüksək texnologiyalı protez
- Bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.)
- Baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.)
- Kompression və ya venoz corab
- Silikon içlik
- Dermo corab
- Tutor
- Korset
- Reklinator
- Yuxarı və aşağı ətraf üçün elastik bandaj
- Korreksiyaedici yumşaq bandaj və korset
- Yuxarı və aşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə
- Ortopedik başmaq
- Təkayaqlı əsa
- Üçayaqlı əsa
- Dördayaqlı əsa
- Qoltuqaltı ağac
- Dirsəkaltı ağac
- Reabilitasiya vasitələri üçün rezin ucluq
- Dördayaqlı hərəkət vasitəsi
- Ortopedik ayaqqabı
- Protez üçün ayaqqabı
- Rezin yanlıqlı ayaqqabı
- Geyinmə, soyunma və tutmaq üçün yardımçı vasitələr
- Oynaq endoprotezi
- Süd vəzi protezi
- Süd vəzi büsthalteri
- Səs protezi (səs aparatı)
- Diş protezi
- Göz protezi
- Eşitmə aparatı
- Eşitmə aparatı üçün qulaqlıq
- Qulaq protezi
- Burun protezi
- Sifət protezi
- Göz yuvasının protezi
- Damaq protezi
- Ehtiyat protezlər
- Yuxarı və aşağı ətraf protezləri üçün kosmetik üzlüklər
- Yuxarı və aşağı ətraf, onun ayrı-ayrı bölmələri üçün aparatlar
- Döşəkçə, ortopedik döşək və yastıq
- Danışan kitab
- Səsli tibbi tonometr
- Səsli termometr
- Kolostoma torbası
- Urestoma torbası
- Kateter
- Hərəkətli qaldırıcı qurğu
- Hidravlik çarpayı
- Çarpayı üçün dayaqlar
- Qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli oturacaq
- Açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq
- Mühərrikli təkərli oturacaq
- Sanitar-təchizatlı təkərli oturacaq
- Minik avtomobili
Son xəbərlər
11:20
MMU-da müdafiə və milli təhlükəsizliyin aktual problemləri müzakirə edilir
Hərbi
11:16
Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb
Maliyyə
11:11
"Trendyol"da noyabr endirimləri: Bu noyabrda da hər kəs "Trendyol"da!
Biznes
11:07
Demokratlar Nümayəndələr Palatasında çoxluğu qazanırlar - Yenilənib-4
Digər ölkələr
11:07
Azərbaycanda sağlamlıq turizmi ilə bağlı konsepsiya hazırlanacaq
Turizm
11:02
Gələn il məqsədli proqramlara 682 milyon manatdan çox vəsait ayrılacaq
Maliyyə
11:01
Azərbaycan ərzaq təhlükəsizliyinə xərcləmələri 2 % artırır
Maliyyə
11:01
Naxçıvanda din xadimləri üçün təlim keçirilib
Daxili siyasət
11:01
"Azəristiliktəchizat" gələn il də büdcədən 34 milyon manat subsidiya alacaq
Maliyyə