KTM-in direktoru: "Həkimlərimizin əməkhaqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb"

Sağlamlıq
  • 05 dekabr, 2022
  • 12:16
KTM-in direktoru: Həkimlərimizin əməkhaqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb
Könül Ələkbərov

Kliniki Tibbi Mərkəzdə (KTM) həkimlərin əməkhaqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb.

"Report" xəbər verir ki, bunu KTM-in direktoru Könül Ələkbərov jurnalistlər üçün təşkil edilən mediaturda deyib.

O bildirib ki, 2019-cu ildə tibb müəssisəsində həkimlərin əməkhaqqı 375 manat olub: "Hazırda bu məbləğ 2 026 manatdır. Tibb bacılarının əməkhaqqı 2019-cu ildə 258 manat olduğu halda, hazırda həmin şəxslərin aylıq məvacibi 596 manat təşkil edir. Həmçinin kiçik tibb heyəti işçilərinin aylıq əməkhaqqı 2019-cu ildə 209 manat olduğu halda hazırda bu rəqəm 488 manatdır".