Hande Harmancı: HPV vaksini bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər

Sağlamlıq
  • 15 iyul, 2025
  • 10:58
Hande Harmancı: HPV vaksini bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər
Hande Harmancı

HPV vaksini bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı brifinqdə “Report”un sualını cavablandırarkən deyib.

O, HPV vaksini ilə bağlı 1 ildən çoxdur ki, ÜST və Səhiyyə Nazirliyi arasında müzakirə aparıldığını bildirib:

“Azərbaycan Səhiyyə Nazirliyi HPV vaksini ilə bağlı pozitiv fikirdərir. Təxminimə görə, bu vaksin bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər. Bunun üçün müəyyən maliyyə tələb edilir”.

44 - Tezliklə