Gömrük Komitəsi "donuz qripi"nə qarşı Səhiyyə Nazirliyi ilə birlikdə işləyir

Sağlamlıq
  • 29 yanvar, 2016
  • 07:48
Gömrük Komitəsi donuz qripinə qarşı Səhiyyə Nazirliyi ilə birlikdə işləyir

Bakı. 29 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq əsasında sərhəd-keçid məntəqələrində "Donuz qripi"nə qarşı mübarizə aparılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov deyib.

Ş.Bağırov deyib ki, sərhəd-keçid məntəqələrindən keçən avtonəqliyyat vasitələrinin içərisində olan sərnişinlərdə virusun olub olmaması ilə bağlı mütəmadi olaraq məlumatlar alırlar.

44 filmi