Genetik analizlərin icbari tibbi sığortaya daxil edilməsi təklif olunub

Sağlamlıq
  • 25 oktyabr, 2025
  • 10:39
Genetik analizlərin icbari tibbi sığortaya daxil edilməsi təklif olunub

Səhiyyə Nazirliyi genetik analizlərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınmasını təklif edir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanematoloq Yeganə Abbasova Sumqayıtda keçirilən "Regionda ilk: Meyitdən orqan nəqli. Uğurlu təcrübədən gələcəyə doğru" beynəlxalq elmi konfransında deyib.

O qeyd edib ki, sümeli və kök hüceyrə transplantasiyası üçün bu analizlər vacibdir:

"Xatırlatmaq istəyirəm ki, hazırda ümumilikdə 1021 nəfər müxtəlif orqanların çatışmazlığından əziyyət çəkdiyindən növbədədir".

Y.Abbasova əlavə edib ki, 2025-ci ilin fevral ayından indiyə kimi 30-dan çox şəxsə orqan köçürülüb:

"Orqan donorluğu onlayn və əyani formada ərizələrin doldurulması ilə həyata keçirilə bilər. Hər iki halda hansı orqanların bağışlana biləcəyi haqda məlumatlar vətəndaşlara təqdim olunur".

Son xəbərlər

Bütün Xəbər Lenti