Gəncədə koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparılıb
Sağlamlıq
- 10 avqust, 2021
- 12:50
Son günlər COVID-19 virusuna yoluxma hallarının artması səbəbilə infeksiyanın geniş yayılmasının qarşısının alınması üçün Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, dezinfeksiya işləri şəhərin əsas küçə və prospektlərini, park və xiyabanlarını, habelə çoxmənzilli yaşayış binalarını əhatə edib.
Sözügedən ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.
İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub.
Qeyd edək ki, dezinfeksiya işləri şəhərin qəsəbələrində də aparılıb və tərtib edilmiş qrafikə uyğun olaraq davam etdiriləcək.
Son xəbərlər
02:12
"Liverpul" öz meydanında böyük hesabla məğlub olub
Futbol01:39
ÜST: Qlobal istiləşmədən hər dəqiqə bir insan ölür
Ekologiya01:06
"Sabah" FIBA Çempionlar Liqasında növbəti dəfə məğlub olub
Komanda00:54
Foto
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Mədəniyyət siyasəti00:40
KİV: "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması 10-20 il çəkə bilər
Digər ölkələr00:16
"Melissa" qasırğası 49 nəfərin ölümünə səbəb olub
Digər ölkələr23:57
ABŞ iqtisadiyyatı şatdauna görə 7-14 milyard dollar itirə bilər
Digər ölkələr23:48
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasındakı ilk matçında qələbə qazanıb
Komanda23:45