Gəncə Kardioloji Xəstəxanasına yeni baş həkim təyin olunub

Sağlamlıq
  • 16 noyabr, 2022
  • 13:43
Gəncə Kardioloji Xəstəxanasına yeni baş həkim təyin olunub

Emralı Yusifov Gəncə Kardioloji Xəstəxanasının yeni baş həkimi təyin olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

E.Yusifov bu təyinatadək həmin xəstəxananın Miokard infarktı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə Kardioloji Xəstəxanasının keçmiş baş həkimi Fəxrəddin Namazov bir müddət öncə yaş həddinə görə təqaüdə göndərilib.

Xatırladaq ki, bu xəstəxana "Gəncə şəhər Birləşmiş Xəstəxanası" Publik Hüquqi Şəxsin tabeliyindədir.

44 filmi