Gələn il Azərbaycanda bir neçə xəstəxanada hemodializ şöbəsi fəaliyyətə başlayacaq

Sağlamlıq
  • 10 dekabr, 2025
  • 09:25
Gələn il Azərbaycanda bir neçə xəstəxanada hemodializ şöbəsi fəaliyyətə başlayacaq

Gələn il Azərbaycanda daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda tabeli tibb müəssisələrində 45 hemodializ şöbəsi fəaliyyət göstərir və 247-si Bakı şəhərində, 431-i regionlarda olmaqla ümumilikdə 678 çarpayı fondu mövcuddur. Sağlamlıq vəziyyətləri, xəstəliyin ağırlıq dərəcələri və müayinə göstəriciləri nəzərə alınmaqla bu şöbələrdə həftədə 1, 2 və 3 dəfə olmaqla vətəndaşlar hemodializ müalicəsinə cəlb edilir. Ümumilikdə tabeli tibb müəssisələrində 4200-ə yaxın şəxs dövlət hesabına ödənişsiz olaraq hemodializlə təmin olunur.

Gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması məqsədilə hazırda Bakı şəhərindəki tibb müəssisələrində, eləcə də Göyçay, Ucar və Gədəbəy rayon mərkəzi xəstəxanalarında müvafiq işlər davam etdirilir.

Xatırladaq ki, dializ xidmətlərinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən mühüm addımlardan biri 2023-cü ildə bu xidmətlərin təşkilinə və inkişafına nəzarəti təmin edən komissiyanın yaradılmasıdır. Hazırda komissiya hər həftənin ikinci günü Kliniki Tibbi Mərkəzdə təşkil olunur. Hemodializ xidmətinə ehtiyacı olan hər bir vətəndaş həkim rəyi əsasında müvafiq laborator və instrumental müayinə nəticələri ilə bu komissiyaya müraciət edə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti