Elsevər Ağayev: “Bir sıra tibb müəssisələrinin rəhbərlərinə edilən xəbərdarlıq öz bəhrəsini verəcək”

Sağlamlıq
  • 10 may, 2017
  • 09:15
Elsevər Ağayev: “Bir sıra tibb müəssisələrinin rəhbərlərinə edilən xəbərdarlıq öz bəhrəsini verəcək”

Bakı. 10 may. REPORT.AZ/ “Ölkədə əlillərin sayının artması daim hamını narahat edir. Səhiyyə işçilərinin bununla bağlı doldurduğu “Forma 088”-də problemlər var idi”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, nazirlikdə bu məsələ yanvar ayında müzakirə olundu: “Bir sıra tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq olundu. Səhiyyə Nazirliyinin kollegiya iclasında tapşırıqlar verildi və cəzalandırılanlar oldu. Hesab edirik ki, bu öz bəhrəsini verəcək”. 

44 filmi