Elmar Allahverdiyev respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib
- 06 yanvar, 2026
- 16:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Elmar Allahverdiyev Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri - respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib.
"Report" xəbər verir ki, bununla bağlı AQTA-nın sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayıb.
E.Allahverdiyev aqrar elmlər üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2011-ci ildə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda mexanik, böyük laborant, təsərrüfat işləri üzrə qrup rəhbəri, təsərrüfat işləri və istehsalat üzrə direktor müavini vəzifələrində çalışıb. E.Allahverdiyev 2018-ci ildən İnstitutun İdarə heyətinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, xəbəri ilk olaraq İqtisadiyyat.az saytı verib.