Dünyada hər 6 saniyədə bir insan siqaretdən ölür

Sağlamlıq
  • 09 fevral, 2017
  • 16:55
Dünyada hər 6 saniyədə bir insan siqaretdən ölür

Bakı 9 fevral. REPORT.AZ/ Dünyada hər 6 saniyədə bir, ildə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu 9 Fevral - "Dünya siqaretdən imtina günü" münasibətilə Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.

ÜST siqaretdən istifdənin azaldılmayacağı təqdirdə bu sayın 2030-cu ildə 8 milyona yüksələcəyini bildirib.

Altı saniyədə bir insanın ölümünə səbəb olan siqaretin iqtisadi səmərəsi 1 trilyon dollardır. Türkiyə siqaretin tərgidilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə 6-cı sırada yer alır. Bu siyahıda 1-ci yerdə Braziliya var. Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır. 

44 - Tezliklə