COVID-19 qurbanlarının sayı BMT baş katibini şoka saldı
- 29 sentyabr, 2020
- 02:38
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT baş katibi Antoniu Quterreş dünyada koronavirus qurbanlarının sayının 1 milyonu ötməsini heyrətləndirici adlandırıb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Bizim dünyamız qorxunc həddə çatdı: COVID-19 pandemiyası bir milyon insanın həyatına son qoydu. Bu, heyrətləndirici rəqəmdir", - baş katibin bəyanatında deyilir.
Onun sözlərinə görə, virusun yayılmasının, iş yerlərinin bağlanmasının, sarsıntıların sonu görünmür.
"Biz problemin öhdəsindən gələ bilərik. Biz səhvlərdən öyrənməliyik. Məsuliyyətli idarəetmə lazımdır. Elm lazımdır. Əməkdaşlıq lazımdır", - Quterreş qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Cons Hopkins Universiteti dünyada COVID-19-dan ölüm hallarının sayının 1 000 555-ə çatdığını açıqlayıb.