Bu il dövlət tibb müəssisələrində göstərilən xidmətlərin sayı açıqlanıb

Sağlamlıq
  • 23 dekabr, 2022
  • 07:28
Bu il dövlət tibb müəssisələrində göstərilən xidmətlərin sayı açıqlanıb

"Bu ilin 11 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində 40 270 004 tibbi xidmət göstərilib".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən I Milli Pediatriya Konqresində deyib.

O bildirib ki, 10 milyona yaxın (27 faiz) tibbi xidmətdən uşaqlar istifadə edib: "Dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldə edən uşaqlara 1346 tibbi xidmət göstərilib. Bu xidmətlərin 387-ni oftalmoloji, 246-nı travmatoloji, 184-nü ürək-damar cərrahiyyəsi təşkil edib".