Bu gündən bəzi tibb müəssisələri yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib - SİYAHI
- 01 yanvar, 2023
- 04:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gündən bəzi tibb müəssisələri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) idarəçiliyindən çıxarılaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
"Report" xəbər verir ki, həmin tibb müəssisələri aşağıdakılardır:
- Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri
- K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
- Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
- V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu,
- Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
- Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
- Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
- Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
- Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci ildəki müvafiq qərarı ilə həmin tibb ocaqları Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdi.