Barat Yusubov: Hər il təxminən 200-ə yaxın insanın sümük iliyi köçürülməsinə ehtiyacı yaranır

Sağlamlıq
  • 20 noyabr, 2025
  • 13:10
Barat Yusubov: Hər il təxminən 200-ə yaxın insanın sümük iliyi köçürülməsinə ehtiyacı yaranır

Azərbaycanda hər il təxminən 150–200 insanın sümük iliyi transplantasiyasına ehtiyacı yaranır və bu ehtiyacın bir hissəsi uzun illər xaricdə qarşılanıb.

"Report" xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Barat Yusubov tibb müəssisəsində keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Yeni Klinikanın tərkibində fəaliyyət göstərəcək Sümük İliyi Transplantasiyası Mərkəzi həm allogen, həm də autoloji transplantasiyaların ölkə daxilində həyata keçirilməsinə imkan verəcək:

"Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksək səviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq".

B.Yusubov qeyd edib ki, bu günə qədər belə bir mərkəzin açılmamasına səbəb həm maliyyənin olmaması, həm də mütəxəssis çatışmazlığı idi.

Son xəbərlər

Bütün Xəbər Lenti