Bakıda yerləşən 45-dən çox istixanada monitorinq aparılıb

Sağlamlıq
  • 25 dekabr, 2019
  • 13:46
Bakıda yerləşən 45-dən çox istixanada monitorinq aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinə fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq, karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

AQTA-dan "Report"a verilən məlumata görə, cari ilin oktyabr-dekabr ayları ərzində Bakı şəhərində yerləşən 45-dən çox istixanada monitorinq aparılıb. Agentliyin fitosanitar müfəttişləri Bakı şəhərinin Pirallahı, Xəzər, Sabunçu və Abşeron rayonlarında yerləşən istixanalarda monitorinqlər keçirib. İstixanada yetişdirilən tərəvəz məhsullarından nümunələr götürülərək karantin tətbiq edilən zərərli orqanizmlərin və məhsulun tərkibində toksikoloji göstəricilərin yoxlanması məqsədilə müvafiq laborotoriyaya təqdim edilib.

Müayinə nəticələrinə əsasən, məhsullarda karantin tətbiq olunan zərərli orqanizmlər aşkar edilməyib. Eyni zamanda yoxlanılmış məhsullar toksiki göstəricilərinə görə normativ texniki hüquqi aktların tələblərinə uyğun olub.

Monitoriqlər zamanı bitki və bitkiçilik məhsulları sahəsində yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üzrə sahibkarlıq obyektlərində yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiq reqlamentinə, sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik qaydalarına riayət etməsi istiqamətində maarifləndirmə işləri aparılıb və müvafiq təlimatlar paylanılıb.

Eyni zamanda sahibkarlara yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi, fitosanitar nəzarəti sahəsində sahibkarların üzərinə düşən məsuliyyətvə qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilib. Monitorinqlər davam etdirilir.

44 - Tezliklə