Bakıda restoranda saxta spirtli içkilər aşkarlanıb
Sağlamlıq
- 08 oktyabr, 2024
- 12:43
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Beer Loft” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib.
"Report" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 55 ədəd müxtəlif markalı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.
Son xəbərlər
15:08
Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
Digər ölkələr15:06
Azərbaycan jurnalistləri Səmərqənddə Registan meydanını ziyarət ediblər
Media15:01
ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma
Maliyyə15:00
Şagirdlərin elektron yerdəyişməsi başlayıb
Elm və təhsil14:56
Silahlı şəxslər Ədən körfəzində tankeri ələ keçiriblər
Digər ölkələr14:51
"Ferrum Kapital"ın istiqrazlarına 52 investor maraq göstərib
Maliyyə14:48
Rusiya ordusu Donetsk vilayətinə zərbə endirib, azı 10 nəfər yaralanıb
Digər ölkələr14:47
Almaniyada bu yay anomal istidən 14 minə yaxın insan ölüb
Digər ölkələr14:44