Azərbaycan səhiyyə naziri vətəndaşların şikayətlərini dinləyəcək
Sağlamlıq
- 19 noyabr, 2014
- 13:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev noyabrın 21-də Yevlax rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. “Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Nazir Yevlax, Mingəçevir, Göranboy, Ağdaş, Göyçay, Zordab, Ucar rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Yevlax Rayonu Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Son xəbərlər
10:04
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
Sağlamlıq09:57
Azərbaycan nefti ucuzlaşıb
Energetika09:53
Foto
Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib
Xarici siyasət09:44
DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Hadisə09:40
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
Ekologiya09:36
Video
Cəlilabadda ev yanıb
Hadisə09:36
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu saxlanılıb
Futbol09:21
UEFA Millətlər Liqası: Çexiya İngiltərəni, İspaniya Xorvatiyanı qəbul edəcək
Futbol09:15