Azərbaycana idxal olunan energetik içkilərdə təhlükəli maddə aşkarlanıb
Sağlamlıq
- 04 dekabr, 2025
- 18:10
Azərbaycana idxal olunan "Nitro Max" energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, laborator sınaqların nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında istifadəsinə icazə verilməyən sildenafil maddəsi aşkar edilib.
Ümumi sayı 4 800 ədəd olan energetik içki xüsusi poliqonda məhv olunub.
Qeyd edək ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər.
Azərbaycana idxal olunan energetik içkilərdə təhlükəli maddə aşkarlanıb
Son xəbərlər
15:32
Nərimanovda məişət səs-küyü normalarına əməl etməyən obyektlər cərimələnib
Hadisə15:23
KİV: Azərbaycan 2026-cı ildə Ermənistanla sülh prosesinə nikbin yanaşır
Xarici siyasət15:23
Foto
Video
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalanıb
Hərbi15:22
Livanın XİN rəhbəri Tehrana səfər etməkdən imtina edib
Digər ölkələr15:22
WUF13 Könüllülük Proqramına qeydiyyat bu gün başa çatacaq, 16 min müraciət daxil olub
Daxili siyasət15:21
AMB "Mobile Payment Solutions"un vəzifəli şəxsini cərimələyib
Maliyyə15:20
Sabah Astarada 7 800 abonentin qazı kəsiləcək
Energetika15:14
Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
Fərdi15:05