Azərbaycana gətirilən Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Sağlamlıq
  • 24 avqust, 2026
  • 16:30
Azərbaycana gətirilən Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycana idxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində AQTA məhsul partiyalarından nümunələr götürərək laborator müayinələrə cəlb edib. Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub.

Uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, "Şam-Fi İnterneşnl Tredinq Kompani" MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Aşkarlanan uyğunsuzluqlar aşağıdakılardır:

№

İdxalçı şirkət

İstehsalçı şirkət

Məhsulun adı

Aşkarlanmış uyğunsuzluq

Məhsulun istehsal və son istifadə tarixi

1

"Herba Flora" MMC

Zhejiang Chunli Tea Co., LTD

yaşıl çay

Pestisid qalığı (Dinotefuran)

01.09.2025

-

01.09.2028

2

Feng Jiang

Chen Keming Food Co., LTD

əriştə

Kif və maya göbələkləri

17.12.2025

-

17.12.2027

3

"Premium Food Baku" MMC

Yantai Yuji Foodstuff Co., LTD

panko çörək qırıntıları

Kif və maya göbələkləri

06.01.2026

-

05.01.2028

4

"Şam-Fi İnterneşnl Tredinq Kompani" MMC

Tianjn Xingda Heping Food Co., LTD

əriştə

Kif və maya göbələkləri

09.11.2025

-

09.11.2027