AQTA 45 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb - SİYAHI
- 19 sentyabr, 2022
- 12:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 16-da Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 45 ticarət müəssisəsi və 36 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 45 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə "Report"a AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 36, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 36 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilib.