AQTA 3 sahibkarlıq subyektini qeydiyyata almaqdan imtina edib
- 03 fevral, 2021
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 1-2 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | "ZAQATALA-BROYLER" MMC | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 2 | İsmayilov Arif Oruc oğlu | Qablaşdırma | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 3 | Hüseynov Emin Haciağa oğlu | Pərakəndə satış | Sahibkar fəaliyyətini dayandırmışdır. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.