Analitik Ekspertiza Mərkəzi də KMDF-yə vəsait köçürüb

Sağlamlıq
  • 25 mart, 2020
  • 10:13
Analitik Ekspertiza Mərkəzi də KMDF-yə vəsait köçürüb
Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Nazirlikdən “Report”a verilən məlumata görə, Mərkəz Fonda 50 min manat məbləğində vəsait köçürüb.