7 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
- 28 yanvar, 2021
- 13:24
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 26-27 yanvar 2021-ci il tarixlərində qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin tarixdə 7 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər bunlardır:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | "MCDONALD`S AZƏRBAYCAN" QSC-nin restoranlarından biri | İctimai iaşə | Sahibkar fəaliyyətə başlamamışdır. |
| 2 | Ələsgərov Nasil Pirverdi oğlu | Emal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 3 | Nəhmətova Hökümə Burhan qızı | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
| 4 | Quliyev Hafiz Böyükağa oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
| 5 | Hüseynov Novruz Əli oğlu | Pərakəndə satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 6 | Məmmədov Vahid Xamməd oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
| 7 | Əzimov Şəfahət Əliş oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.