Dörd sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınmadı
- 25 yanvar, 2021
- 07:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, həmin tarixdə 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | "SAPRO" Məhdud Məsuliyyətli Cəmiyyəti | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 2 | MEHTİ ZEYNALOV ƏSKƏR OĞLU | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 3 | BƏHRUZ MUSTAFAYEV ELDAR OĞLU | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 4 | QİYAZ HÜMBƏTOV NAZİR OĞLU | İlkin istehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.