Üç sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina edildi - SİYAHI
- 21 yanvar, 2021
- 09:05
Qida məhsulları sahəsində fəaliyyət göstərən 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
"Report" xəbər verir ki, qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər aşağıdakılardır:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | "PƏRVİZ İKF" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 2 | SABİT MƏMMƏDOV SEYYAB OĞLU | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 3 | ELXAN ALIYEV MƏTİ OĞLU | İctimai iaşə | Sahibkar fəaliyyətini dayandırıb |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.