21 sahibkarlıq subyekti qeydiyyata alındı, 3-nə imtina verildi
- 26 yanvar, 2021
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | Zeynalova Fəridə Telman qızı | Pərakəndə satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 2 | Xankişiyev Mühəddin Xankişi oğlu | İlkin istehsal | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
| 3 | Sadiqov Əkbər Dünyamalı oğlu | Topdan satış | Sahibkar tərəfindən müvafiq şərait yaradılmamışdır. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.