Zelenski bu həftənin sonunda Serbiyaya səfər edə bilər

Region
  • 19 may, 2026
  • 10:12
Zelenski bu həftənin sonunda Serbiyaya səfər edə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Serbiyaya səfər edə bilər.

"Report" xəbər verir ki, bu barədə Serbiyanın N1 telekanalı Belqraddakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Əgər bu məlumat təsdiqlənərsə, bu, V.Zelenskinin 2019-cu ildə vəzifəyə başlamasından bəri Serbiyaya ilk səfəri olacaq.

Mənbə həmçinin qeyd edib ki, yaxın vaxtlarda Ukrayna ilə Serbiya arasında ticarət əməkdaşlığı məsələləri üzrə birgə anlaşma memorandumu imzalana bilər.