Zelenski bu gün BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək

Region
  • 04 aprel, 2022
  • 23:52
Zelenski bu gün BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün çərşənbə axşamı, aprelin 5-də BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcəyini bildirib.

Bu barədə “Report” Zelenskinin brifinq zamanı verdiyi açıqlamaya istinadən xəbər verir.

“Sabah (bu gün-red) İspaniya parlamentinə, eləcə də BMT Təhlükəsizlik Şurasına müraciət edəcəm”, - dövlət başçısı bildirib.

"Buça və digər şəhərlərdəki müharibə cinayətləri çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasında müzakirə mövzusu olacaq", - Zelenski vurğulayıb.

Xatırladaq ki, Zelenski Rusiya Federasiyası ordusunun Ukrayna ərazisində, o cümlədən Kiyev vilayətində törətdiyi hərbi cinayətlərə görə BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

44 filmi