Zaxarova: Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir

Region
  • 02 iyul, 2025
  • 10:02
Zaxarova: Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir
Mariya Zaxarova

Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir, onları pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər.

"Report"un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində bildirib.

"Bu məsələdə sadəcə aranı qatmaq istəyənlər var. Düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri son dərəcə vacibdir. Bu münasibətləri pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər", - o bildirib.

44 filmi