Yerevanda supermarketin anbarında partlayış olub

Region
  • 30 noyabr, 2017
  • 13:16
Yerevanda supermarketin anbarında partlayış olub

Bakı. 30 noyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda “Nor Zovk” adlı supermarketin anbarında partlayış olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürən avtomobillər cəlb olunub.

Partlayışla bağlı əlavə məlumat hələlik yayılmayıb.

44 - Tezliklə