Yerevanda polis şöbəsini ələ keçirən şəxslər daha iki girovu buraxıb

Region
  • 23 iyul, 2016
  • 09:35
Yerevanda polis şöbəsini ələ keçirən şəxslər daha iki girovu buraxıb

Bakı. 23 iyul. REPORT.AZ/ Yerevanda polis şöbəsini ələ keçirən şəxslər dörd girovdan ikisini azad edib. 

Bu barədə "Report" "Panarmenian"a istinadən xəbər verir.

Ermənistanın "Gala TV" telekanalı silahlı qrupun ələ keçirdiyi polis şöbəsində "press-məntəqinin təşkil olunması" şərtilə bütün girovları buraxmağa hazır olduğu haqqında məlumat verib. 

Daha iki polis - Ermənistan  polis rəisinin müavini, polis general-mayoru Vartan Yeqizaryan və Yerevan üzrə polis idarəsinin rəis müavini, polis polkovniki Valeri Osipyan hələ də girov saxlanılır.

44 filmi