Yerevanda İranın “Halal” ərzaq şəbəkəsinin ofisi açılır

Region
  • 09 mart, 2017
  • 16:43
Yerevanda İranın “Halal” ərzaq şəbəkəsinin ofisi açılır

Bakı. 9 mart. REPORT.AZ/ Ermənistanda Novruz Bayramıqabağı İranın “Halal” ərzaq şəbəkəsinin ofisi açılacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadi İnkişaf və İnvestisiya Nazirliyinin məbuta xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəbəkənin Yerevandakı dükanlarında İranda istehsal olunan ərzaq məhsulları satılacaq.