Yerevanda həkimlər müxalifətin mitinqinə qoşulublar

Region
  • 23 aprel, 2018
  • 09:29
Yerevanda həkimlər müxalifətin mitinqinə qoşulublar

Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistan paytaxtı Yerevanda yerləşən Respublika Xəstəxansının həkimləri də tətil elan edərək müxalifətin etiraz aksiyasına qoşulublar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Məlumatlı Vətəndaşlar İttifaqı” Qeyri-Hökumət Təşkilatının koordinatoru Daniel İonnisyan özünün “Facebook” səhifəsində yazıb.

Bundan başqa, müxalifətin yürüşlərinə hərbi geyimli şəxslər və keşişlər də qatılıblar.