Türkiyədə zəlzələdən sonra onlarla yeraltı təkan qeydə alınıb

Region
  • 20 fevral, 2019
  • 21:14
Türkiyədə zəlzələdən sonra onlarla yeraltı təkan qeydə alınıb

Bakı. 21 fevral. REPORT.AZ/ Türkiyənin Mərmərə bölgəsində, Çanaqqalada 5 bal gücündə zəlzələ baş verib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb.

Məlumata görə, yeraltı təkanlardan ən güclüsü yerli vaxtla saat 22:42-də, 3,6 bal gücündə baş verib. Zəlzələnin dərinliyi 7,1 kilometr təşkil edib.

Yeraltı təkanlar Çanaqqala ilə yanaşı, digər bölgələrdə də hiss edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur.