Yaşar Gülər: Son sutka ərzində Suriya və İraqda terrorçuların 47 hədəfi vurulub

Region
  • 24 oktyabr, 2024
  • 08:24
Yaşar Gülər: Son sutka ərzində Suriya və İraqda terrorçuların 47 hədəfi vurulub
Yaşar Gülər

Türkiyə terror təşkilatlarının və onların arxasındakı güclərin məqsədlərini yaxşı bilir.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər SAHA EXPO-da TUSAŞ stendinin qarşısında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bu təhdidlərə boyun əyməyəcək: “Xainlərin oyunlarını pozmağa davam edəcəyik. Son terrorçu regionumuzdan çıxana qədər mübarizə dayandırılmayacaq. Bir sutka ərzində Suriya və İraqda terrorçuların 47 hədəfi vurulub, çox sayda terrorçu öldürülüb. Əməliyyatlarımız qətiyyətlə davam ecəcək”.

44 - Tezliklə