XİN sözçüsü: Hazırda ABŞ ilə danışıqlar aparılmasının məntiqi əsası yoxdur
- 19 noyabr, 2025
- 17:07
Hazırda ABŞ ilə danışıqlar aparılmasının məntiqi əsası yoxdur.
"Report" İSNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın İranla danışıqlar barədə ötən gün səsləndirdiyi fikirlərə münasib bildirərkən deyib.
O, mövcud şəraitdə ABŞ ilə danışıqların aparılması üçün məntiqi əsas olmadığını söyləyib:
"Xarici işlər naziri Abbas Əraqçinin dəfələrlə vurğuladığı kimi, danışıqların qarşılıqlı olmasına inanmayan, İrana hərbi təcavüzü ilə öyünən və açıq şəkildə öz tələblərini diktə etməyə çalışan tərəflə danışıqlar aparmağın üçün heç bir məntiqi əsas yoxdur".
İ.Bəqayi İran Prezidenti Məsud Pezeşkianın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana ABŞ-yə səfəri öncəsi məktub göndərməsinə də toxunub:
"Məktubda keçən il Həcc mərasimi zamanı İran zəvvarlarına göstərilən xidmətlərə görə İslam Respublikasının Səudiyyə Ərəbistanına təşəkkürü, habelə builki ziyarətin uğurla keçməsi üçün əməkdaşlıq və koordinasiyanın davam etdirilməsinin vacibliyi ifadə olunub".