XİN başçısı: Aİ Ermənistana 20 milyon avro ayrılmasını nəzərdən keçirir
Region
- 16 aprel, 2025
- 14:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondundan Ermənistana təqribən 20 milyon avro məbləğində vəsaitin ayrılmasını müzakirə edir.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvanda sloveniyalı həmkarı Tani Fayonla birgə mətbuat konfransında bildirib.
"Keçən il bu məbləğ 10 milyon avro idi, bu il isə bir qədər, yəni iki dəfə çoxdur", - o qeyd edib.
T.Fayon Ermənistan silahlı qüvvələrinə vəsaitin ayrılması təklifini dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, bunun üçün yekdil qərar qəbul edilməlidir.
Ötən ilin iyulunda Aİ Avropa Sülh Fondundan Ermənistana çadır düşərgəsi üçün 10 milyon avro məbləğində yardım ayırmışdı.
Son xəbərlər
23:44
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Digər ölkələr
23:27
Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib
Energetika
23:10
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr
22:43
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Digər ölkələr
22:39
Foto
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Fərdi
22:26
Foto
Video
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Hadisə
22:14
Foto
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub
Mədəniyyət siyasəti
22:09
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Region
22:02
Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Digər ölkələr