XİN: Türkiyə-ABŞ danışıqları təxirə salınıb
Region
- 15 mart, 2018
- 06:47
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy
Bakı. 15 mart. REPORT.AZ/ “Martın 19-da Vaşinqtonda keçirilməsi nəzərdə tutulan toplantı təxirə salınıb”.
“Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Suriyanın Membic əyaləti ilə bağlı Ankara-Vaşinqton danışıqlarına dair sualı cavablandırarkən deyib.
Lakin o, iki ölkə rəsmilərinin görüşünün nə vaxt baş tutacağına aydınlıq gətirməyib.
Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüşün keçirilməsi planlaşdırılmışdı. Ancaq martın 13-də R.Tillersonun tutduğu vəzifədən azad edilməsi bu görüşün keçirilməsi ilə bağlı problem yaradıb.
Xatırladaq ki, Mayk Pompeo ABŞ-ın yeni dövlət katibi təyin edilib.
Son xəbərlər
14:09
Video
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə14:06
Foto
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
Fərdi14:00
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Energetika13:52
Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram
Daxili siyasət13:45
Türkiyəli general: Azərbaycan və Özbəkistan çox ciddi resurslara malikdirlər
Region13:44
"Tottenhem" "Mançester Siti"nin futbolçusu Savinyonu transfer edib
Futbol13:40
Azərbaycan Suriya və Kolumbiyadan limon və laym idxalını bərpa edib
Biznes13:35
Baş Prokurorluq: Köçəryana qarşı cinayət istintaqı başlanılıb - YENİLƏNİB-3
Region13:33