XİN: Serj Sarqsyanın Vatikanda səfir olan kürəkəni geri çağırılacaq

Region
  • 27 sentyabr, 2018
  • 21:13
XİN: Serj Sarqsyanın Vatikanda səfir olan kürəkəni geri çağırılacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarqsyanın kürəkəni, ölkənin Vatikandakı səfiri Mikael Minasyan geri çağırılacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Ruben Rubinyan bildirib. 

M.Minasyanın Vatikandan geri çağırılıb-çağırılmayacağı ilə bağlı sualı cavablandıran nazir müavini deyib: “Xeyir, o vəzifəsini davam etdirməyəcək. Bu, baş nazir Nikol Paşinyanın qərarıdır”.

44 - Tezliklə