Vyanada İranın nüvə proqramı müzakirə ediləcək
- 03 iyul, 2018
- 06:46
Bakı. 3 iyul. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada iyulun 6-da “altılıq” dövlətlərinin xarici işlər nazirləri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini və İran XİN-in başçısı Məhəmmədcavad Zərifin iştirakı ilə İslam Respublikasınn nüvə proqramı üzrə görüş keçiriləcək.
“Report” xəbər verir ki, bunu TASS-a diplomatik mənbə bildirib.
Həmin görüşdə “altılıq” dövlətlərindən biri olan ABŞ-ın nümayəndəsi iştirak etməyəcək. Rusiya Xarici İşlər Nazirliyi isə rəsmi Moskvanın görüşdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirməyib.
Qeyd edək ki, ABŞ prezidenti mayın 8-də ölkəsinin İranın nüvə proqramı ilə bağlı 2015-ci il iyulun 15-də imzalanmış Əhatəli Razılaşmaya dair Fəaliyyət Planı müqaviləsindən çıxdığını elan edib.