Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

Region
  • 07 may, 2024
  • 10:52
Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, V.Zelenskiyə sui-qəsd hazırlayan casus şəbəkəsi ifşa edilib.

Təfərrüatlar hələ ki açıqlanmayıb.

Məlumata görə, agentlər Ukrayna əks-kəşfiyyat və Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində ifşa edilib. Casusların fəaliyyətinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət etdiyi bildirilib.

44 - Tezliklə