Volodimir Zelenski: "MKİ rəhbəri ilə tez-tez danışır, ordumuzun hərəkətlərini müzakirə edirik"

Region
  • 03 iyul, 2023
  • 11:31
Volodimir Zelenski: MKİ rəhbəri ilə tez-tez danışır, ordumuzun hərəkətlərini müzakirə edirik

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə müntəzəm danışır, ordumuzun hərəkətlərini müzakirə edirik”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın “CNN” televiziyasına müsahibəsində deyib.

O bildirib ki, danışıqların təfərrüatları ictimaiyyətdən gizli saxlanılmalıdır: “Bizim yaxşı münasibətlərimiz var. Kəşfiyyat orqanlarımız bir-biri ilə əlaqə saxlayır. Mən də onunla tez-tez danışıram”.

V. Zelenskinin sözlərinə görə, tərəflər xüsusilə döyüş meydanındakı vəziyyəti müzakirə edirlər: “Amma bunları açıqlamaq olmaz”.