Vnukovo hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB
- 11 avqust, 2023
- 08:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Vnukovo hava limanı fəaliyyətini bərpa edib.
"Report" xəbər verir ki, bu barədə TASS-a "Vnukovo"nun mətbuat xidmətindən məlumat verilib.
"Saat 10:50-dən etibarən uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Hazırda hava limanı kompleksi normal rejimdə işləyir", - mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, daha əvvəl Vnukovo və Kaluqa hava limanlarının fəaliyyəti təhlükəsizlik səbəbi ilə məhdudlaşdırılmışdı.
11:43
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Vnukovo hava limanı təyyarələrin uçuş və enişi üçün müvəqqəti bağlanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Rusiya KİV-in məlumatına görə, hava məkanının bağlanmasına səbəb Moskvaya doğru uçan pilotsuz uçuş aparatlarıdır.