Vladimir Putin Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib

Region
  • 06 dekabr, 2017
  • 14:42
Vladimir Putin Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib

Bakı. 6 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək fikrindədir.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putin QAZ Avtomobil Zavodunun işçiləri ilə görüşündə deyib.

"Mən Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizədliyimi irəli sürəcəyəm", - o vurğulayıb.