Vladimir Putin: “Donald Trampla görüşməyə hazıram”

Region
  • 30 mart, 2017
  • 12:11
Vladimir Putin: “Donald Trampla görüşməyə hazıram”

Bakı. 30 mart. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Finlandiyada keçiriləcək Arktika sammitində ABŞ Prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti bunu Arxangelsk şəhərində keçirilən Arktika forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib. 

O hesab edir ki, Helsinki görüş üçün uyğun yerdi: “Fikrimcə, Finlandiya uyğun dövlət, Helsinki isə belə tədbirlərin təşkili üçün uyğun yerdir. Ancaq buna hər iki tərəf yaxşı hazırlaşmalıdır. Əgər bu baş versə, biz o tədbirdə iştirakdan şad olarıq və mən də ora məmnuniyyətlə qatılaram. Firkimcə, bu baş tutmazsa “iyirimiliyin” yığıncağında (bu ilin iyulunda Almaniyada keçiriləcək- “Report”) adi görüş çərçivəsində də belə bir görüş baş tuta bilər”. 

Qeyd edək ki, Arktika sammiti bu ilin mayında Finlandiyada keçiriləcək.