Vladimir Putin baş nazir vəzifəsinə Dmitri Medvedevin namizədliyini irəli sürüb

Region
  • 07 may, 2018
  • 11:43
Vladimir Putin baş nazir vəzifəsinə Dmitri Medvedevin namizədliyini irəli sürüb

Bakı. 7 may. REPORT.AZ/ Dördüncü dəfə Rusiya prezidenti seçilən Vladimir Putin baş nazir vəzifəsinə Dmitri Medvedevin namizədliyini Dövlət Dumasına təqdim edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

Duma isə öz növbəsində Medvedevin namizədliyini artıq mayın 8-də təsdiqləməyə hazırlaşır. Bundan sonra baş nazir bir həftə ərzində prezidentə nazirlərini təqdim etməlidir.

44 - Tezliklə