UNESCO alabay yetişdirilməsini qeyri-maddi mədəni irs kimi tanıyıb

Region
  • 11 dekabr, 2025
  • 16:24
UNESCO alabay yetişdirilməsini qeyri-maddi mədəni irs kimi tanıyıb

Türkmənistanın "Türkmən alabayını yetişdirmə sənəti" adlı nominasiyası UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

"Report" "İnterfaks"a istinadən xəbər verib ki, bu barədə ölkənin dövlət televiziya və radio şirkətinin məlumatında deyilir.

Qərar UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin Nyu-Delhidə keçirilən 20-ci sessiyasında bu gün qəbul edilib.

Qərarı komitənin bütün 24 üzvü dəstəkləyib və Türkmənistanın UNESCO üzrə Milli Komissiyası ilə "Türkmən alabayları" beynəlxalq assosiasiyası tərəfindən hazırlanan sənədin hazırlanmasını yüksək qiymətləndiriblər. Nominasiyanın hazırlanmasında ustalar və it saxlayan ailələr, alimlər və cins həvəskarları fəal iştirak ediblər, bu zaman ənənənin qorunmasında qadınların əhəmiyyətli rolu vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti